KANAL24.AZ
Az Iw En Ru

Din xadimi nazirin yanında Quran oxuyarkən öldü - VİDEO

Tanınmış Quran ustadı gözlənilmədən dünyasını dəyişdi. 
Moderator.az xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, hadisə İndoneziyada sosial işlər üzrə nazirin də iştirak etdiyi bir bayram tədbirində baş verib. 
 
Yığıncağı açan peşəkar qiraət üzrə beynəlxalq qari(tilavətlə Quran oxuyan) Cəfər Əbdür-Rəhman “Mülk” surəsinin ölümdən bəhs edən 2-ci ayəsini oxuyarkən dünyasını dəyişib. 
 
Həmin ayədə deyilir:(الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ) “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. Qarenin ölümünün özü tərəfindən ölüm ayəsinin tilavəti ilə üst- üstə düşməsi bu xəbərin sosial şəbəkələrdə geniş müzakirə və yayılmasına səbəb olub. 
 
Cəfər Əbdür-Rəhmanın ölümü barədə yayılan videoda onun "Mülk" surəsinin 2-ci ayəsini oxuyarkən səsinin tədricən zəifləməsi və huşunu itirməsi müşahidə olunur və bundan neçə dəqiqə sonra isə vəfat edir. 
Gerçəkdən biz Allahdan gəlmişik, Allaha da dönəcəyik.
 
 

 

 


17:45 27.04.2017