KANAL24.AZ
Az Iw En Ru

“Azəravtoyol” ASC xəbərdarlıq etdi

Bu axşam 22:00-dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu işlər Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi çərçivəsində həyata keçiriləcək.Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.


04:27 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər