KANAL24.AZ
Az Iw En Ru

Ramin Əhmədov sədr müavini seçildi

Ramin Əhmədov Nizami Rayon Təşkilatının sədr müavini, Şura və İdarə Heyətinin üzvü seçilib.Bu haqda özü rəsmi səhifəsində məlumat verib.

"Bu gün həyatımın əhəmiyyətli günlərindən biridir. Azərbaycanın ən böyük siyasi təşkilatı, hakim Yeni Azərbaycan Partiyasının aparıcı yerli təşkilatlarından olan Nizami Rayon Təşkilatının sədr müavini, Şura və İdarə Heyətinin üzvü seçildim. Bu, mənə göstərilmiş çox böyük etimaddır. Ulu öndərimiz Heydər Əliyevin qurduğu, cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyanın aparıcı rayon təşkilatının rəhbərliyində təmsil olunmaq həm də çox böyük məsuliyyətdir. Məni bu qürurverici mərtəbəyə, qeyd etdiyim vəzifələrə layiq bilən, namizədliyimi irəli sürən, siyasi gələcəyimə inanan və dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. 
Bu etimadı doğrultmağa çalışacağam. Rayonumuzun gənclərilə əl-ələ verib təşkilatımızın daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. 
Eyni zamanda, yenidən YAP Nizami Rayon Təşkilatının sədri seçilmiş hörmətli millət vəkilimiz Sədaqət Vəliyevanı və mənimlə yanaşı təşkilatın seçkili orqanlarında təmsil olunmağa layiq bilinmiş həmkarlarımı təbrik edirəm. Hamımıza uğur olsun!"

 

Ramin müəllimi yeni vəzifəsi münasibəti ilə Kanal24 adından təbrik edir, uğurlar arzu edirik.


23:41 26.04.2017