KANAL24.AZ
Az Iw En Ru

Prezidentin etimadını doğruldan insan-Əziz Seyidov

Xəbər verdiyimiz kimi Bakı şəhər prokuroru, III dərcəli dövlət ədliyyə müşaviri,Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisi Əziz Seyidov Ali Məhkəməyə hakim seçilib.Əziz Seyidovu tanıyan insanlar yaxşı bilir ki, o hər zaman öz işinin peşakarı və ədalətli bir məmur olub.Bəlkə Əziz Seyidovu tanımıyanlar var. Təqdim edəcəyimiz yazıda Əziz Seyidov haqqında  ətraflı məlumat əldə edə bilərsiniz.

 

Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-ci ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq Fakültəsini bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayında Baki şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur və hal hazirda həmin vəzifəsində çalışır. 

Ailəlidir, dörd övladı var.

İgidliyə görə- 24 dekabr 1998-ci ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təltif olunmuşdur

2008-ci ildə isə prezident İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.


03:25 26.04.2017
Xəbər lenti
Bütün xəbərlər