KANAL24.AZ
Az Iw En Ru

Güclü külək bölgələrdə fəsadlar törədib – VİDEO

Güclü külək binaların və evlərin damını uçurub, elektrik təsərrüfatına ciddi ziyan vurub.

Kanal24.az  Xezerxeber.az-a istinadən məlumat verir ki, Siyəzən rayonunun mərkəzində yerləşən beşmərtəbəli binaların damı uçub. Nəticədə binaların həyətində olan bir neçə avtomobilə ziyan dəyib.

Siyəzən Polimer Sənaye Parkının damı da uçaraq qonşuluqda olan yaşayış evinin üzərinə düşüb. Nəticədə evə ziyan dəyib.

Gecə şimal bölgəsində müşahidə olunan güclü külək Quba-Xaçmaz avtomobil yolunda iri ağacları yolun hərəkət hissəsinə aşırıb. Güclü külək Quba rayonunun bir neçə kəndində daha çox təsirli olub.

Gecədən başlayan güclü külək Goranboyda da fəsadlar yaradıb. Təbiət hadisəsi zamanı elektrik dirəkləri aşıb, irigövdəli ağaclar kökündən qopub. Sakinlərin həyətlərinin kənarına çəkilən dəmir hasarlar uçub. Qəfildən başlayan külək nəticəsində rayonun bir neçə kəndinə elektrik verilişində fasilələr yaranıb. Bu gün günorta saatlarından işıqsız qalan yaşayış məntəqələrinə enerji verilişi bərpa edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


17:50 25.04.2017
Xəbər lenti
Bütün xəbərlər