KANAL24.AZ
Az Iw En Ru

Yeni ailə quranların xoşbəxtlik çiçəyi

Anturium çox şıltaq və bahalı otaq bitkisidir. Onu bəzən "odlu dil" və ya "flaminqo gülü"" adlandırılar, vətəni Mərkəzi və Cənubi Amerikanın tropik əraziləri hesab olunur.

Kanal24.az AZƏRTAC-a istinadən bildirir ki, digər tropik bitkilər kimi, anturium da xüsusi şərait və qulluq tələb edir.

Bəzi xalqların anturiumu "kişi xoşbəxtliyi" adlandırması səbəbsiz deyil. Kolumbiyanın tropik rayonlarında onun çiçəklərini əsl bal ayı rəmzi hesab edirlər. Yerli sakinlərin inancına görə, bitki yeni ailə quranlara xoşbəxtlik gətirir. Evliliyin ilk ayı otağı antitiumla bəzəmək düşərli hesab edilir.

Zərifliyinə görə, floristikada ondan hədiyyələrin bəzənməsində istifadə olunur. Anturium güldanda suyun içərisində dörd həftəyə qədər təravətli qalır. O, əhval-ruhiyyəyə təsir edərək gücü artırır, yorğunluğu azaldır və gümrahlıq bəxş edir. Ona yaxşı qulluq edəndə yazdan yaya qədər çiçəkləyir. Yarpaqlarının uzunluğu 30-40 santimetrə qədər olur. Tünd-yaşıl rəngli sərt yarpaqları ürək və ox şəklindədir. Onun çiçəklərinin özünəməxsus özəlliyi və qəribə forması var. Rəngləri qırmızı, ağ və ya ləkəli olur. Çiçəklərinin diametri 10-20 santimetrə çatır. Otaq şəraitində antirium 2-3 ildən çox yaşayır, sonra yarpaqlarını tökməyə başlayır.

 

Bir çox bitkilərdə olduğu kimi, anturium da qış fəslində dincəlir. Həmin fəsildə ona göstərilən qulluq bir qədər azalsa da, torpağının qurumasına yol verilməmək, dibçəyinin isə keramikadan deyil, plastmasdan olmasına çalışmaq lazımdır.


04:43 25.04.2017
Xəbər lenti
Bütün xəbərlər