KANAL24.AZ
Az Iw En Ru

Prezidentin qaynı həbs edildi

Mixail Mqaloblişivili qanunsuz silah gəzdirdiyi üçün həbs olunub

Gürcüstan Prezdenti Georgi Marqvelaşvilinin qaynı, ölkənin birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişivili 4 il azadlıqdan məhrum edilib. RİA- agentliyinin verdiyi xəbərə görə, Mixail Mqaloblişivili qanunsuz silah gəzdirdiyi üçün həbs olunub.

O, əvvəllər 3 dəfə, o cümlədən qrup halında qətlə cəhddə iştirak etdiyi üçün mühakimə edilib. Prezident Georgi Maqrvelaşvili 2015-ci ildə qaynını əfv edib.

Mixail Mqaloblişivili ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. O, buna görə iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azadlığa buraxılıb. 2009-cu ildə isə yenidən narkotikdən istifadə etdiyi üçün tutulub.


04:41 25.04.2017