KANAL24.AZ
Az Iw En Ru

Erməni işğalında olan Cəbrayılın son görüntüləri - VİDEO

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarına ekskursiyalar təşkil etməyə başlayıblar.
Bu dəfə bir qrup erməni işğal altında olan Cəbrayılı gəzintiyə çıxıb. İstirahət üçün Cəbrayıl rayonu ərazisini seçən bir qrup erməni burada mahnı oxuyub rəqs edərək əyləniblər. 
 
Xatırladaq ki, Cəbrayıl rayonu 25 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
 
Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.

 


22:56 24.04.2017