KANAL24.AZ
Az Iw En Ru

İsrailin Holokostun Anım Günü Dillər Universitetində keçirildi

Azərbaycan Dillər Universiteti və İsrail Mərkəzi İsrailin Holokostun Anma Gününü qeyd ediblər. Tətbirdə İsrailin Bakıdakı Səfirliyinin Missiya Rəhbərinin Müavini Cənab Amir Rom, Konsul xanım Lilah Atias, Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova; Tərbiyə işləri üzrə prorektor cənab Ələddin Əliyev; Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı cənab Samir Həmidov də iştirak ediblər. Mərasim Azərbaycan və İsrailin milli himnlərin səslənməsi və prof. Qəribova və Missiya Rəhbərinin Müavini Cənab Romun çıxışları ilə başladı. Mərkəzin tələbələri musiqili çıxışı ilə yanaşı, Holokost və sağ qalanların müharibədən sonrakı həyatı barədə prezentasiya hazırlayıblar və Yerusəlimdə yerləşən Yad Va Shem muzeyi barədə video göstəriblər. 
Mərasim bir daha dəhşətli keçmişin xatırlanmasının və Nasistlər tərəfindən qətlə yetirilən 6 milyon yəhudinin anamasının vacibliyini xatırladıb. Bu gün İsraillilər və Azərbaycanlılar Birdə Heçvaxt deyirlər!


21:46 24.04.2017