KANAL24.AZ
Az Iw En Ru

I vitse-prezidentin tapşırığı-Aprel əlillərinə elə protezlər verildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb.

20 gün ərzində müvafiq işlər həyata keçirilərək, amputasiya olunan hərəkətli hissələrə protezlər quraşdırılıb.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. Nəticədə istifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.


21:30 24.04.2017
Xəbər lenti
Bütün xəbərlər