KANAL24.AZ
Az Iw En Ru

Adil Əliyev işə dəvət edir

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev orta məktəblərdə kikboksinq dərslərinin keçirilməsi ilə bağlı müraciət edib. O, işlə təmin olunmaq istəyən boks və kikboks müəllimlərini ona müraciət etməyə dəvət edib:
 
"Boks və kikboks üzrə məşqçilik təcrübəsi olan müəllimlər, məlum olduğu kimi artıq Azərbaycan Kikboksinq Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Bakı şəhərinin, eləcə də regionlarımızın orta ümumtəhsil məktəblərində kikboks məşqlərinə start vermişik. İşlə təmin olunmaq istəyən boks və kikboks müəllimləri mənə müraciət edə bilərlər.
 
Çalışacağıq ki, qısa müddət ərzində onların müraciətlərinə baxılsın və Federasiyamızın məşqçilik sertifikatını təqdim etməklə işlə təmin edilsinlər”, - deyə A.Əliyev müraciətində bildirib.

21:06 24.04.2017
Xəbər lenti
Bütün xəbərlər