KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq.
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz  14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz  14-16° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  763 mm civə sütunundan 771 mm civə sütununa  yüksələcək. 
Nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70%  təşkil edəcək.
 
Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı  gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir. 

20:34 24.04.2017
Xəbər lenti
Bütün xəbərlər