KANAL24.AZ
Az Iw En Ru

Çoxmərtəbəli binada yanğın: 40 sakin təxliyə edildi

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərdə bildirilir ki, paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 sakin təxliyə, 8 azyaşlı xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


16:11 24.04.2017