KANAL24.AZ
Az Iw En Ru

ABŞ ədliyyə naziri Meksika ilə sərhəddə divar tikilməsinin vacibliyini bildirib

ABŞ-ın Meksika ilə sərhəddə divara "ehtiyacı var".

"Gazeta.ru"ya istinadən verdiyimiz məlumata görə, bunu ABŞ ədliyə naziri Ceff Seşns "ABC News"a müsahibəsində deyib.

"Mən büdcə ilə bağlı müzakirələrə cəlb olunmamışam. Amma mən bir şeyi bilirəm: bu divar bizə lazımdır. Bu, bizə prezidentin amerikalılara verdiyi vədini yerinə yetirməyə imkan verəcək", - Seşns deyib.

 

Onun sözlərinə görə, Meksika onun inşasının dəyərini "istər-istəməz" ödəyəcək.


16:09 24.04.2017