KANAL24.AZ
Az Iw En Ru

Poroşenko və Tillerson telefonla danışdı

Ukrayna prezidenti Petro Poroşenko və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Tərəflər Donbasda münaqişənin həlli üçün Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Ukrayna prezidenti Donbas regionunda BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsi məsələsini gündəmə gətirib. ABŞ dövlət katibi bildirib ki, Minsk razılaşması tam yerinə yetirilməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Bundan başqa, o, Ukraynanı islahatları davam etdirməyə çağırıb.


15:49 24.04.2017