KANAL24.AZ
Az Iw En Ru

20 yaşlı qızın vəsiyyəti: Məni gəlin paltarında basdırın - FOTO

"Gözəl ölmək istəyirəm. Məni gözəl basdırın, tabutumda cazibədar və yaraşıqlı olum. Gəlin paltarında basdırın məni".

20 yaşlı filippinli Rasin Prequntanın anasına dediyi son sözləri, vəsiyyəti belə idi.

AsiaOne-a istinadən bildiririk ki, osteosarkoma, yəni sümük xərçəngi xəstəsi olan Prequntanın vəsiyyəti gerçəkləşdirilib.

Filippinin cənubundakı Davao şəhərinin sakini olan Rasin ötən həftə, aprelin 17-də vəfat edib.

Anasının dediyinə görə, qızı "Die Beautiful" filmini çox sevirdi və vəsiyyətinə də məhz bu film sövq etmişdi. Film gözəllik müsabiqəsində qalib gələndən sonra vəfat edən transgenderdən bəhs edir.

Rasinin bacısı Rolin Prequnta deyib: "Bacım aprelin 12-də, ölümündən beş gün əvvəl mənə söylədi ki, tabutunun ağ rəngdə olmasını istəyir. Özünün də gəlin paltarında dəfn edilməsini arzuladığıın dedi".

Rasini atasının məzarı yanında dəfn ediblər.

b_520_0_16777215_0___images_stories_009APREL_olum_2.jpeg

b_520_0_16777215_0___images_stories_009APREL_olum_3.jpeg


03:44 24.04.2017
Xəbər lenti
Bütün xəbərlər