KANAL24.AZ
Az Iw En Ru

Parlament Hicab günü keçirilməsinə qərar verdi

Ölkə parlamenti 1 fevralın Milli Hicab Günü kimi qeyd olunması haqda 968 saylı qanun layihəsini təsdiqləyib.  
 
Əhalisinin 90 faizindən çoxu katolik və protestantlar, yalnız cəmi 5 faizi müsəlman olan Filippində gözlənilməz qərar  verilib. 
 
 
Bu barədə “ABS-CBN” portalı məlumat yayıb. Sözü gedən  qanun layihəsinin təşəbbüskarı olan xanım deputat  Caliya Turabin- Xataman izah edib ki, Hicab gününün dövlət səviyyəsində təsis edilməsi İslamın qadınlar üçün vacib göstərişlərindən olan hicab haqqında  cəmiyyətin  məlumatlılığıını artırmaq və bu mövzuda məntiqsiz fikirlərə, xurafata qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.
 
Milli Hicab günü ilə bağlı tədbirlərin təşkilatçılığıyla Filippin müsəlmanlarının işləri üzrə dövlət komissiyası məşğul olacaqdır.  
 
 
Xatırladaq ki, 1 fevralda qeyd edilən Ümumdünya Hicab günü ilk dəfə 2013-cü ildə Amerikalı müsəlman xanım Nazma Xanın təşəbbüsü ilə keçirilmiş və bundan sonra qlobal miqyas almışdır.

20:28 23.04.2017
Xəbər lenti
Bütün xəbərlər