KANAL24.AZ
Az Iw En Ru

"Fiorentina" - "İnter" oyununda 9 qol - VİDEO

"Fiorentina" futbol üzrə İtaliya çempionatının 33-cü turunun ev oyununda "İnter"i 5:4 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Matias Vesino Falero (23 və 64-cü dəqiqə), Davide Astori (62) və Houma Babakar (70, 79) fərqlənib.

Qonaqların qollarını İvan Perişiç (28) və Mauro İkardi (34, 88, 90) vurub. Matçın 52-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Federiko Bernardeski penaltini qola çevirə bilməyib.

"İnter" turnir cədvəlində 56 xal ilə 7-ci, "Fiorentina" isə 52 xalla 8-ci pillədə qərarlaşıb.


16:32 23.04.2017