İngiltərə FA kubokunun yarımfinal mərhələsinin ilk oyunu baş tutub.
Finala çıxan ilk komanda "Çelsi" olub.
"Tottenhem"lə qarşılaşan "zadəganlar" 4:2 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, digər yarımfinal oyununda "Arsenal" - "Mançester Siti" ilə üz-üzə gələcək.
İngiltərə FA kuboku
Yarımfinal
"Çelsi" - "Tottenhem" - 4:2
Qollar: Villian, 5, 43, Azar, 75, Matiç, 80 - Keyn, 18, Delle Alli, 52