KANAL24.AZ
Az Iw En Ru

İslama əsasən ər arvadına əmr verə bilər?

İbadətlərdə niyyət əsas tutulur. Buna görə də heç kəsə zorla ibadət etdirmək (namaz qılmağa məcbur etmək, oruc tutdurmaq və oxşar şeylər) olmaz. Bir kişi arvadına ibadət məsələsində səhlənkarlıq etməməsi üçün məsləhət verməlidir. Ona bununla əlaqədar tövsiyə etməlidir. Bu hərəkət savabı çox olan bir rəftardır.

Kanal24.az muselmanlar.com-a istinadən bildirir ki, ibadətdənkənar məsələlərdə isə kişi evdə bir sıra qaydalar qoya bilər. Bu onun ailə başçısı olmağından irəli gəlir. Misal üçün, arvadına deyə bilər ki, filankəslərin mənim evimə girməyinə razı deyiləm. Beləliklə, kişi arvadına "onları evə buraxma", "sən özün filan yerlərə getmə" və sairə kimi şeylər deyə bilər. Daha doğrusu, belə bir əmr verə bilər.


07:05 23.04.2017