KANAL24.AZ
Az Iw En Ru

"Düşər-düşməzliyi sınayıram, düz çıxır"

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389). Bir dəfə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Dəvud: "Tibb", 24).

Siz bu cür şeyləri sınamaqdan tövbə edərək çəkinməlisiniz, çünki siz əlamətlərə inanmağa başladıqca hadisələrin Allahın təqdiri ilə yox, əlamətlərin səbəbi ilə olduğuna iman gətirmiş olursunuz. Düşər-düşməzliyin düz çıxması isə özü sizin üçün sınaq ola bilər ki, Allaha iman gətirəcəyiniz, yoxsa əlamətlərə inanacağınız bilinsin.


04:00 23.04.2017