KANAL24.AZ
Az Iw En Ru

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


00:21 23.04.2017
Xəbər lenti
Bütün xəbərlər