KANAL24.AZ
Az Iw En Ru

Narkomaniya bəşəriyyətin bəlasıdır...

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 21 aprel 2017-ci il tarixində “Azərbaycan İstiqlal Muzeyi” əməkdaşlarının təşəbbüsü ilə Yasamal rayonu Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı tədbir-sərgi keçirmişdir.
 
Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin ƏliyevAzərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətinin səmərəsindən, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomanlığın tarixi (Şamanizmdən), onun cəmiyyət, bəşəriyyət və genefond üçün təhlükəsi, bu cinayətlərin feminizmləşməsi və cavanlaşması barədə geniş mühazirə oxumuşdur. Tədbir, şagirdlər və müəllimlər tərəfindən maraqla dinlənilmiş,verilən suallar cavablandırılmışdır.
 
 
Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Arzu Quliyeva şagirdlərə muzeyin narkomanlığa qarşı mübarizədə gənclərin maarifləndirilməsinin əhəmiyyətindən söz açmış, məktəbin direktoru Yaqut Sadıqova müəllifi olduğu “Narkomaniya” şeirini səsləndirmiş, narkomanlığın aradan qaldırılmasında yeniyetmələrin maarifləndirilməsini vacib şərtlərdən biri kimi vurğulamışdır.
 
Tədbirin sonunda “Narkomaniya – bəşəriyyətin bəlası” adlı film və sərgi nümayiş olunmuşdur.

00:07 23.04.2017
Xəbər lenti
Bütün xəbərlər