KANAL24.AZ
Az Iw En Ru

Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı bəlli oldu

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub.

Bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki əməkdaşının da iştirak etdiyi brifinqdə məlumat verib.

Mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.
 
Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdür.


23:30 22.04.2017