KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Haynts Fişerlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar.

Dövlət başçısı İlham Əliyev və keçmiş prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.


19:23 22.04.2017
Xəbər lenti
Bütün xəbərlər