KANAL24.AZ
Az Iw En Ru

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.

Kanal24.az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Qədirli Ayxan İsrafil oğlu Məhəmməd Hadi küçəsində yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub. Nəticədə A.Qədirli ağır kəllə-beyin travması alıb. Hadisəni törətmiş sürücü A.Qədirlini xəstəxanaya çatdırarkən xəsarət almış şəxs yolda dünyasını dəyişib.
A.Qədirlinin meyiti Məhkəmə Tibbi Ekspertiziası və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə təhvil verilib.
Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.


16:35 22.04.2017
Xəbər lenti
Bütün xəbərlər