KANAL24.AZ
Az Iw En Ru

Məşhur ingilis futbolçu həyatını itirdi

İngiltərənin “Tottenhem” futbol klubunun 23 yaşlılardan ibarət komandasının baş məşqçisi, millinin sabiq üzvü Uqo Ehioqu dünyasını dəyişib.

İngiltərədə kifayət qədər tanınan sabiq futbolçunun ürəyi dayanıb.

Məşq zamanı ürəyində narahatlıq yaranan 44 yaşlı Ehioqu dərhal xəstəxanaya aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

“Aston Villa”, “Middlsbro”, “Reyncers”, “Lids” kimi klublarda üst-üstə 400-ə yaxın oyuna çıxan Ehioqu 1996-2002-ci illərdə 4 dəfə İngiltərə millisinin də formasını geyinmişdi.


06:18 22.04.2017
Xəbər lenti
Bütün xəbərlər