KANAL24.AZ
Az Iw En Ru

Gəncədə ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı - YENİLƏNDİ

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev açıqlamasında bildirdi ki, bu gün saat 17 radələrində Azərbaycan Texnologiya Universitetinin bir tələbəsi xəstəxanaya yerləşdirilib:

“Xəstəxanaya yerləşdirilən şəxs 1997-ci il təvəllüdlü Valeh Şirəlizadədir. O mədə yaralanması ilə xəstəxanamıza daxil olub. Xəstəxanaya maşınla gətirilib. Həmin anda huşu özündə olub, ad soyadı, necə xəsarət alması barədə məlumat verib. Dediyinə görə, yıxılıb və mədəsinə dəmir batıb. Xəstəxanaya ondan başqa yaralı yerləşdirilməyib. Hazırda Valeh Şirəlizadə əməliyyatdadır, vəziyyəti ağır dəyərləndirilir”.(Publika.az)


01:59 22.04.2017
Xəbər lenti
Bütün xəbərlər