Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Kanal24.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,11% artaraq bir barelə görə 53,05 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,18% bahalaşaraq 50,80 dollara satılıb.