KANAL24.AZ
Az Iw En Ru

Elman Rüstəmovdan manatın ucuzlaşması ilə bağlı açıqlama gəldi (ƏLAVƏ OLUNUB)

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. E.Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.

Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

E.Rüstəmov deyib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O, qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır: “Həm ekspertlərin, həm də beynəlxalq investisiya banklarının proqnozuna görə neftin ucuzlaşması hələ davam edəcək”.

O, qeyd edib: "İlin sonuna qədər məzənnə siyasətində hər hansı ciddi dəyişikliyin olacağını düşünmürük. Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində, dünya iqtisadiyyatında gedən proseslər çərçivəsində biz manatın məzənnəsində hər hansı əhəmiyyətli dəyişiklik gözləmirik".


00:44 18.03.2015