KANAL24.AZ
Az Iw En Ru

Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Baş tutacaq 4 görüşdən sonra yarımfinalçılar məlum olacaq.

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” “Lion”la münasibətlərinə aydınlıq gətirəcək. Fransadakı məlum qalmaqaldan sonra Türkiyədə keçiriləcək görüşə maraq daha böyükdür. İlk matçda məğlub olmasına baxmayaraq, səfər qolu “ağ-qaralar”a çox kömək edə bilər. Bir cavabsız qol “qara qartal”ı yarımfinala daşıya bilər.

Turnirin əsas favoriti “Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı “Anderlext”i qəbul edəcək. Bu oyunda “qırmızı şeytanlar”ı qolsuz heç-heçə də qane edir.

UEFA Avropa Liqası. 1/4 final, cavab oyunları

20 aprel

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2


15:14 20.04.2017