KANAL24.AZ
Az Iw En Ru

Deputat papaq atmamaqdan şikayətləndi

Deputat Fazil Mustafa çıxışı zamanı Novruz bayramında papaq atılması ilə bağlı hündür hasarların problem yaratdığı deyib. Millət vəkilinin sözlərinə görə, insanlar papağı o qapılara atacaqlar ki, həmin evlərin hasarları alçaq olsun:
 
"Xüsusilə də manatın devalvasiyasından sonra insanların yaşayış səviyyəsi aşağı düşüb. Ən əsası da banklardan kredit şəxslər üçün həmin kreditlər indi ağır yükə çevrilib. Hökumət isə onlara aydın olacaq mesajlar vermir ki, gələcəyə hansısa ümidlə baxılsın".
 
O, eyni zamanda yanvar ayından həyata keçirilən müəllimlərin 33 faizlik artımlı əmək haqlarının verilməsinin təmin edilmədiyini deyib: "Müəllimlər yanvar və fevral ayından hələ də artırılması nəzərdə tutulan məbləği almayıblar. Səhiyyə sahəsində də bir çox dəyişikliklər olsa da icbari tibbi sığortanın tətbiq edilməsinin vaxtı artıq çatıb".
 
Spiker Oqtay Əsədov isə deputat F. Mustafanın hasar məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə belə cavab verib: "Vaxt var idi, insanlar bacadan da papaq atırdılar. Narahat olma, sən hansı qapıya papaq atsan, inanmıram ki, papağın boş qayıtsın".

20:35 17.03.2015
Xəbər lenti
Bütün xəbərlər