KANAL24.AZ
Az Iw En Ru

Qızılın qiyməti 5 aylıq maksimuma çatıb

Dünya bazarında qızılın qiyməti 2016-cı ilin noyabr ayından etibarən ən yüksək səviyyəyə çatıb.

Qızılın qiyməti bu gün, apreli 17-də 1 296,5 dollar/unsiyaya yüksəlib.

Qızılın bahalaşmasına səbəb kimi Şimali Koreya ətrafında yaranan siyasi gərginlik amili göstərilir. Qeyd edək ki, ötən həftə qızıln qiyməti 2,5% bahalaşma göstərib.

 

"Report"un analitik qrupu geosiyasi problemlərin səngiməsi ilə qızılın qiymətinin tədricən düşəcəyini proqnozlaşdırır.


22:37 17.04.2017