KANAL24.AZ
Az Iw En Ru

Həlak olan Azərbaycan vətəndaşının cənazəsi yaxınlarına verilib

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğlunun cənazəsi yaxınlarına verilib. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən bildirilib.

Yaxın zamanlarda cənazə Azərbaycana göndəriləcək.

Nümayəndəlikdən qeyd edilib ki, hələlik yanğında həlak olan azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşdirilməyib. Onun Cəlilabad rayonundan olduğu bildirilir.

Yanğın zamanı xəsarət almış Azərbaycan vətəndaşı Tağıyev Salam Bəxtiyar oğlu xəstəxanadadır, onun vəziyyəti orta ağır qiymətləndirilir.


18:18 16.03.2015