KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda İslam dinini öyrədən kollec açılır

Kollecdə təhsil müddəti dörd ildir

Lənkəranda islam kolleci fəaliyyət göstərəcək. İstiPress-in cənub bürosunun verdiyi məlumata görə, Lənkəran İslam Kolleci Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınmış yeddi islam kollecindən biridir. 

Hacı Sədi Axundzadə “İslam Həmrəyliyi ili” ərəfəsində belə kolleclərin yaradılmasının bütün dindarlara töhfə olduğunu bildirdi. Direktor həmçinin qeyd etdi ki, kollecdə təhsil müddəti dörd ildir. İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq.

Təhsil müəssisəsində tədris alacaq digər rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub. Kollecə qəbul qaydaları və dərs proqramları isə yay aylarında açıqlanacaq.

Məlumat üçün bildirək ki, Lənkəran İslam kolleci ilə yanaşı ölkədə daha 6 yeni İslam kolleci- Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.


07:18 17.04.2017
Xəbər lenti
Bütün xəbərlər