KANAL24.AZ
Az Iw En Ru

Çox uşaqlı insanlar öləndə onun qırxı necə hesablanır?

İslama görə vəfat etmiş insan üçün "adna", "adna axşamı", "cümə", "üç", "yeddi", "qırx", "əlli iki", "Quran tapşırmaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və s. bu kimi əməllər sonradan dində meydana gəlmiş bidətlərdən, yəni yeniliklərdən hesab olunur.

Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zamanında belə şeylər olmamış, nə özü bunları etmiş, nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (Əbu Dəvud, 4067). Başqa bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (Muslim, 1718).
Ölən şəxs mömin olubsa, Uca Allahdan onun üçün bağışlanma diləmək, onun Cənnətə daxil olmasını və sorğu-sualında asanlıq olmasının diləmək lazımdır.


05:35 17.04.2017
Xəbər lenti
Bütün xəbərlər