KANAL24.AZ
Az Iw En Ru

Müəllimlərin SINAĞI başladı

Bu gün Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb. Qiymətləndirmə 5 gün davam edəcək.

 Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 min nəfərdən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Bərdə Olimpiya İdman Kompleksində keçirilir.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.


16:00 16.04.2017