KANAL24.AZ
Az Iw En Ru

Valideynin etdiyi pisliklərin əvəzi uşaqlarından çıxır?

Allah Təala Quranda buyurur ki, heç bir günahkar başqasının günahını daşımaz (İsra, 17/15). Yəni, heç kəs heç kəsin yükünü çəkməz, günahı ona aid deyil. Günah fərdi-şəxsi bir şeydir. Siz yemək yediyiniz vaxt başqasının qarnı doymur.

Bir insan içki içdiyi vaxt o içki başqasının mədəsinə getmir ki! Bir nəfərin ibadətinin də başqalarına bir xeyri yoxdur. Odur ki, bir insanın günahının başqasına bir təsiri yoxdur.


03:58 16.04.2017