KANAL24.AZ
Az Iw En Ru

Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf oldu

Kürdəmir rayonunda ev quşları verilən dərmandan zəhərlənib, 2 min quş tələf olub.

Rayonun Sığırlı kənd sakini Mahir Həsənov təsərrüfatında bəslədiyi ev quşlarının müalicəsi üçün rayon ərazisində yerləşən baytarlıq apteklərin birinə müraciət edib.

O, aptekdən aldığı dərmanı təsərrüfatında olan ev quşlarına verib. Üzərindən bir neçə saat keçəndən sonra təsərrüfatda bəslədiyi 2 min quş kütləvi şəkildə tələf olub. Dərhal təsərrüfat sahibi M.Həsənov rayon Baytarlıq İdarəsinə müraciət edib.

Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov "Report"a bildirib ki, hadisə ilə bağlı təsərrüfata baxış keçirilib, tələf olan quşlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. 


23:04 14.04.2017