KANAL24.AZ
Az Iw En Ru

“DƏDƏMİN” avtoservisi yandı- YENİLƏNİR

Xətai rayonunda ümumi sahəsi 250 kvadratmetr olan “DƏDƏMİN” avtoservisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtoservis və içərisində olan, təmirə dayanmış “NİSSAN” markalı minik avtomobili tamamilə, “RANGE ROVER” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. Bundan başqa, avtoservisə bitişik avtomobil ehtiyatları mağazası, həmçinin mağazada olan 2 ədəd “SUZUKİ” və 3 “HARLEY DAVİDSON” markalı motosiklet də yanıb. Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin qalan hissəsi, 6 minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


18:54 12.03.2015
Xəbər lenti
Bütün xəbərlər