KANAL24.AZ
Az Iw En Ru

Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

Hədislə bağlı elmlər

Hədisləri öyrənən elmə elmül-hədis deyirlər. O da öz növbəsində bir neçə elm şöbəsinə bölünür. Məsələn, dirayətül-hədis hədisçilik terminlərinin izahı və təməl prinsiplərin əsaslandırılması ilə məşğul olur. Rical elmi hədis ravilərinin tərcümeyi-halını öyrənir. Cərhü tədil elmi hədis ravilərinin mötə¬bərlik dərəcəsini araşdırır, ravinin şəxsi keyfiyyətlərinə, iman səviyyəsinə, əxlaqına, hafizəsinə, siyasi mənsubiyyətinə əsasən onun rəvayətlərinə inanmaq lazım gəlib-gəlmədıyini ayırd edir. Bundan başqa, hədislərdə çətin anlaşılan sözləri, hədislər arasındakı uyğunsuzluq və ziddiyyətləri, bir-birini nəsx edən (ləğv edən) hədisləri öyrənən elm şöbələri də vardır.

Səhih və zəif hədis nədir?

Kanal24.az islam.az-a istinadən bildirir ki, hədisçilik elmində hədislər növlərə bölünür. Bu təsnifat hədislərin həm sənədınə, həm də mətninə (bəzən də bunların birinə) görə aparılır. Dini mətnlərdə üç hədis növünün adı tez-tez çəkilir: səhih hədis, həsən hədis və zəif hədis.

1. Səhih hədis

Səhih hədis həm sənəd, həm də mətn baxımından tam sağlam, düzgün və etibarlı hədisdir. Bu hədisin sənədində adı keçən ravilərin hamısı ədalətli, mömin, doğrucul, hafizəli olmalıdır. Sənəd zəncirinin ilk halqasından son halqasına kimi qırılma olmamalıdır, yəni hər bir ravinin bu hədisi özün¬dən əvvəlki ravidən nəql etməsi sübuta yetməlidir. Hədisin mətni də İslam dininin əsaslarına, Quran hökmlərinə, digər səhih hədislərin məzmununa zidd olmamalıdır.

2. Həsən hədis

Səhih hədisdən bir qədər aşağı dərə¬cədə duran hədisə həsən (yaxşı) hədis deyılir. Həsən hədisin də ravisi ədalətli, mömin və sadiq (doğrucul) olmalıdır. Lakin həsən hədisin sənədindəki ravi hədisçilik sahəsin¬də bəzi nöqsanlara sahib ola bilər (məsələn, hafizəsi güclü deyil, hədisi düzgün rəvayət edib-etmədiyi barədə özünün şübhəsi var və s).

 

"Həsən hədis" terminini ilk dəfə əhli-sünnə məzhəbindəki altı mötəbər hədis məcmuəsindən birinin müəllifi Tirmizi tətbiq etmişdir. Ona qədər hədisləri səhih və zəif olmaqla iki qismə bölür, zəif hədisləri də mətruk (tərk edilən, rədd olunan) və tərk edilməyən olmaqla iki növə ayırırdılar. Tirmizi tərk olunmayan zəif hədisləri həsən adlandırdı. Həsən hədisin mətni mütləq başqa ravilərin rəvayət etdik¬ləri hədislərlə uyğun olmalıdır. Yəni başqa hədislər həsən hədisi qüvvətləndirməlidir. Yalnız bu halda ona həsən hədis demək olar.

3. Zəif hədis

Yuxarıdakı maddələrə daxil edilməyən, həm sənədində, həm də mətnində ciddi nöqsanlar olan hədisi zəif hədis adlandırırlar. Hədisin zəif sayılmasına səbəb olan bəzi əlamətlər bunlardır: hədisin ravisi yalançıdır, imanının şübhəli olduğu barədə dəlillər var¬dır, hədisin mətni səhih hədislərə və ya Quran ayələrinə tam ziddir və s.

İslam alimlərinin əksəriyyəti zəif hədisin hökmünə əməl etməyi bütünlükdə rədd etmişlər. Lakin bəzi alimlər (məsələn, Əhməd ibn Hənbəl, Əbu Davud və b.) hər hansı məsələdə səhih və həsən hədis məlum olmadığı təqdirdə, zəif hədisi qiyasdan daha güclü bilmiş və hökmünə əməl etməyi caiz saymışlar. Bəzi alimlər isə yalnız əməllərin fəzilətləri və savabları barədə rəvayət edilən zəif hədislərə inanmağa icazə vermişlər (çünki bu hədislər mütəşabeh qismindəndir¬).

Şiə məzhəbində dirayətül-hədis elmin¬də bu terminlərin ilk ikisi bir qədər fərqli mənada işlədilir və məzhəb amili də bura əlavə edilir. Səhih hədisin raviləri üçün nəzərdə tutulan şərtlərdən biri də onların 12 imam şiəsi olmalarıdır. Həsən hədis o hədisdir ki, sənəd zəncirindəki bü¬tün ravilər 12 imam tərəfdarıdır, amma onların ədalətli olmaları haqqında qəti bilik yoxdur


15:58 11.04.2017