KANAL24.AZ
Az Iw En Ru

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

Bu gündən başlayaraq, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM-də Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A.Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


18:04 10.04.2017
Xəbər lenti
Bütün xəbərlər