KANAL24.AZ
Az Iw En Ru

Soyuqlar hələ davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 11-i gündüz saatlarınadək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, növbəti günlərdə hava şəraiti yağmursuz olacaq:

“Sabah günorta saatlarından sonra hava şəraiti sabitləşəcək. Aprel ayının 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.


17:04 10.04.2017