KANAL24.AZ
Az Iw En Ru

Telefonda ölüyə Quran oxutdurmaq olarmı? - VİDEO

Mollaya pul verib Quran oxutdurmaqdansa yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi? Bu məsələ isə ən çox elə qəbristanlıqda belə demək mümkünsə müştəri gözləyən mollaları narahat edir. Onlar şikayətlənirlər ki daha əvvəlki kimi qazana bilmirlər.

Bu qeyri-adi iddianı qəbiristanlıq mollası olan Mirfaiq Həsənov irəli sürür. Deyir ki, mollaların xidmətindən istəfadə edənlər azalıb. Ölüsünə Quran oxutdurmaq istəyənlər yasin surəsinin oxunuşunu mobil telefona yazıb, qəbrin üstündə səsləndirlər.

Molla deyir ki, bəziləri Quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki o güllərin ölüyə heç bir xeyri yoxdur.

Din xadimi Haci Mirhəmid isə deyir ki, qübrin üstünə gül düzmək ölü yaxınlarının öz işidir. O ki, qaldı Quranın telefonla oxutdurulmasına, bu düzgün deyil.

 

Din xadimi Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.

Hacı Mirhəmid bildirir ki, daha yaxşısı o olardı ki, hər bir kəs ölüsü üçün öz dili ilə bildiyi surə və ayələrdən oxuyub Ruhuna hədiyyə etsin. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Telefonda ölüyə quran oxutdurmaq olarmı?


06:28 10.04.2017
Xəbər lenti
Bütün xəbərlər