KANAL24.AZ
Az Iw En Ru

Bu körpənin sizin köməyinizə ehtiyacı var

Dərya Məmmədova adlı iki yaşlı körpənin xeyirxah insanların köməyinə ehtiyacı var.

Dərya tibbdə "Qlial tumor" adlandırılan şiş xəstəliyindən əziyyət çəkir.

Onun bu çətin xəstəlikdən can qurtarması üçün əməliyyata ehtiyacı var. Əməliyyatın qiyməti isə 50 min manatdır.

Dəryanın ailəsi maddi imkansızlıq ucbatından övladlarını əməliyyat etdirə bilmirlər. Əməliyyatın yaxın bir həftə ərzində həyata keçirilməsinin zəruriliyini vurğulayan həkimlər bildirirlər ki, lazımi tədbirlər görülməzsə, iki yaşlı körpənin növbəti günün səhərini görüb-görməyəcəyi sual altındadır.


21:12 14.10.2014