KANAL24.AZ
Az Iw En Ru

Komediya ustası dünyasını dəyişdi

Tanınmış amerikalı komediya ustası, "Emmi" mükafatı laureatı Don Riklz böyrək çatışmazlığından 91 yaşında Los-Ancelesdə vəfat edib.

Bu barədə aktyorun nümayəndəsinə istinadən ABC telekanalı məlumat yayıb.

Riklz 8 may 1926-cı ildə Nyu-Yorkda doğulub. O, ABŞ-da Conni Karsonun yumoristik televiziya şousunda çıxışları ilə məşhur idi. Aktyor, həmçinin Martin Skorsezenin "Kazino" (Casino, 1995) filminə çəkilib.


15:15 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər