KANAL24.AZ
Az Iw En Ru

Dövlətdən ev almaq üçün 35 yaş həddi: NƏYƏ HESABLANIB?

Bu ilin sonundan etibarən əhalinin müəyyən təbəqəsinə sosial evlər veriəcək. Sosial evlər ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Tələblər arasında yaş həddi kimi 35 yaş da göstərilib. 

İlkin mərhələdə şəhid ailələri, professorlar, elmi xadimlərlə yanaşı dövlət qulluğunda çalışanlar da ev ala biləcək. Maraqlıdır, bu tələb və şərtlər kim tərəfindən hazırlanıb? 

Millət vəkili Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O qeyd edib ki, 35 yaş həddinin qoyulması bir baxımdan müsbət addımdır: “Sosial evlərlə əlaqədar olaraq şərtlər və tələblərlə Mənzil İnşaatı Dövlət Agentliyi məşğul olur. Artıq Yasamal ərazisində 2 min mənzil tikilir, ilin sonunadək hazır olacaq”. 

Millət vəkilinin sözlərinə görə, yaş həddinin 35 olaraq müəyyənləşməsində məqsəd cavan ailələri evlə təmin etməkdir. 

Xatırladaq ki, bu ilin sonunda şəhid ailəsinin üzvləri, MilliQəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs,ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə sosial evlər veriləcək.


02:33 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər