KANAL24.AZ
Az Iw En Ru

Londonda “Azərbaycan: Qərb ilə Şərq arasında körpü” kitabının təqdimatı olub

Londonda tanınmış yazıçı Yuri Siqovun ​müəllifi olduğu ​Britaniyada nəşr edilmiş “Azərbaycan: Qərb ilə Şərq arasında körpü” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ​təşəbbüsü və maliyyə dəstəyi ilə bu ölkənin Hertfordshire Press nəşriyyatı tərəfindən nəşr edilib.

Mərasimdə London şəhərinin Çelsi və Kensinqton rayonunun meri, Belarus və Qazaxıstanın Londondakı səfirləri, diplomatlar, azərbaycanlı icmasının üzvləri, tələbələ​r və yerli ​ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan ​Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, ölkəmizin dünyada sadəcə enerji mənbələri ilə deyil, eyni zamanda, ​zəngin ​mədəni​ irsi, ​tarixi, incəsənəti və ​milli ​mətbəxi ilə də özünə məxsus yeri vardır. Azərbaycan strateji cəhətdən Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır Y.Siqovun müəllifi olduğu kitab Azərbaycanı daha yaxında tanımaq istəyənlər üçün geniş imkanlar açır.

Çelsi və Kensinqton rayonunun meri xanım Maighread Condon-Simmonds tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Azərbaycanı daha yaxından tanımaq, sədəcə ölkənin inkişafı deyil, onun xalqını və adət ənənələrini tanımaq istəyən insanlar üçün yazılmış kitabı yüksək qiymətləndirib.​ Bu kitabın ölkənin mədəniyyətinin Böyük Britaniyada geniş tanıdılmasına, Azərbaycan və Britaniya cəmiyyətləri arasında qarşılıqlı anlaşmaya ​töhfə verəcəyini vurğulayıb.

Kitabın müəllifi Yuri Siqov Azərbaycan ilə Britaniya arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. Britaniyada Azərbaycan haqqında kitab yazmaqdan məmnunluğunu ifadə edib.

Kitab haqqında məlumat verən müəllif Azərbaycan ilə maraqlanan hər kəsin, o cümlədən Britaniya ictimaiyyətinin ölkə haqqında çox maraqlı məlumatlar əldə edəcəyini diqqətə çatdırıb.​ Azərbaycan xalqının mədəniyyəti, tarixi, incəsənəti haqqında danışan Y.Siqov ölkə əhalisinin qonaqpərvər olduğunu vurğulayıb.​ ​Azərbaycanın neft sənayesi tarixindən də bəhs edən müəllif, kitabda ölkə haqqında qədim zamanlardan müasir inkişaf dövrünə qədər maarifləndirici məlumatların olduğunu bildirib. Y.Siqov deyib: “Kitabı oxuyan Azərbaycanın nəyə görə Şərq ilə Qərb arasında körpü olduğunu dərk edəcək”.

Daha sonra müəllif tədbir iştirakçılarına paylanan kitabları imzalayıb.

​Tədbir çərçivəsində “Azərbaycan: Gələcəyin diyarı” adlı video çarx nümayiş olunub və ziyafət təşkil edilib.


17:58 07.03.2015