KANAL24.AZ
Az Iw En Ru

Qətl törədən Kürdəmir sakini tutulub

Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində paytaxtın A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyev bıçaqla qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.

Faktla bağlı istintaq gedir.


17:57 06.03.2015
Xəbər lenti
Bütün xəbərlər