KANAL24.AZ
Az Iw En Ru

İrəvan: hərbi xunta yeni formada davam edəcək

Baş tutan saxta seçkidən sonra Ermənistanda heç bir dəyişiklik baş verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, hərbi xunta hakimiyyətini yeni formada davam etdirəcək:

“Ona görə də baş tutan saxta seçkidən sonra Ermənistanda heç bir dəyişiklik baş verməyəcək. Bundan sonra Moskvanın İrəvan üzərində təsiri daha da artacaq. Yəni müstəqil ölkə olmayan Ermənistanda antirusiya meyillərinin qarşısı alınacaq”.

Millət onu da bildirib ki, Ermənistan yenə də Qarabağ danışıqlar prosesinin imitasiyası ilə məşğul olacaq.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisində 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib


15:30 05.04.2017